Rusiyanın Nijni Novqorod vilayətində Sverdlov adına müdafiə sənayesi zavodunda partlayış baş verib.
Modern.az TASS agentliyinə istinadən xəbər verir ki, iş prosesi zamanı sexlərdən birində baş verən partlayışda 3 nəfər həyatını itirib.
Hüquq mühafizə orqanlarından verilən məlumata görə daha 3 nəfər itkin düşüb. Hazırda onların axtarışı gedir.
Həmçinin 4 nəfərin də müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirildiyi bildirilir.
Partlayışdan sonra güclü yanğın başlayıb və 100 kvadrat metrlik ərazini əhatə edib.
Qeyd edək ki, Sverdlov adına zavod Rusiyada partladıcı maddələr və detonatorların istehsalı üzrə ən nəhəng komplekslərdən biridir.