ABŞ-da prezident Donald Trampa qarşı çıxdıqlarına görə jurnalistləri təhdid edən şəxs həbs edilib.
Modern.az “Fox News” kanalına istinadən xəbər verir ki, 68 yaşlı kaliforniyalı Robert Çeyn “Boston Globe” nəşrinin əməkdaşlarını öldürməklə təhdid edib.
Adı çəkilən nəşrin əməkdaşları bütün ölkə ərazisində Trampın mətbuata qarşı təzyiqlərini azaltması üçün etirazlara səsləyən məqalədən sonra təhdid olunublar.
Polisin məlumatında Çeynin dəfələrlə nəşrin ofisinə zəng edərək əməkdaşları təhdid etdiyi qeyd olunub.
Təhdid zəngləri avqustun 10-dan olaraq başlanılıb. Həmin tarixdə nəşrdə Trampın təzyiqlərinə etiraz üçün aksiyaya çağıran məqalə nəşr olunub.
Bu mitinqdə 350 mətbuat orqanının əməkdaşları iştirak edib.
Qeyd edək ki, Çeyn “Boston Globe” mətbu orqanını “xalqın düşməni” adlandırıb.