Modern.az

Koçaryan Paşinyanı tənqid etdi, Rusiyanı TƏRİFLƏDİ

Koçaryan Paşinyanı tənqid etdi, Rusiyanı TƏRİFLƏDİ

31 Avqust 2018, 15:12

Ermənistanın ikinci prezidenti Robert Koçaryan Rusiya-Ermənistan münasibətlərinin pis vəziyyətdə olduğunu vurğulayıb.

 

Modern.az-ın Ermənistan mətbuatına istinadən xəbərinə görə, Koçaryan bu haqda “Sputnik” agentliyinə müsahibəsində bildirib.

 

Onun sözlərinə görə əgər hakimiyyət dəfələrlə münasibətlərin yaxşı olduğunu təkrar edirsə o zaman bu, onun pis olduğunu göstərir.

 

“Rusiya tərəfdən bəyanatlar olub, eyni ilə Ermənistan tərəfdən də. Mən düşünürəm ki, Ermənistanın düşdüyü vəziyyət yetərincə qiymətləndirilmir” – Koçaryan bildirib.

O həmçinin Bakı və Ankaranı Ermənistanın müttəfiqlərinə qarşı sanksiyaların tətbiq edildiyi bir dövrdə düzgün seçim etməli olduğunu vurğulayıb.

 

“Bu şəraitdə kim ki, Brüsselə tərəf baxır o, dərindən yanılır. Türkiyə və Ermənistanın potensialı müqayisə edilməzdir. Eyni zamanda unutmaq lazım deyil ki, Bakı da Ankaranın ciddi dəstəyini alacaq.

 

Digər alyansların cazibəsinə düşmək necə deyərlər, “öz oyununu oynamaq” olar. Amma mən düşünürəm ki, bu vəziyyətdə tam əksinə hərəkət etmək lazımdır. Əsasən də Rusiya və İrana qarşı diqqətli olmaq lazımdır. Şəraitdən istifadə etmədiyini göstərməlisən” – Koçaryan qeyd edib.

O əsasən Ermənistanın bu yaxınlarda Brüsseldə NATO-nun yüksək səviyyəli sammitində iştirakını tənqid edib.

 

Eks-prezident NATO-Rusiya münasibətlərinin bu qədər gərgin olduğu bir zamanda yerli hakimiyyətin sammitə gedib dəhlizlərdə selfilər çəkdirməsini qınayıb. Həmçinin indi hakimiyyətdə olanların Rusiyanın Ermənistandakı hərbi bazasına və Avrasiya İqtisadi İttifaqında iştirakına qarşı çıxdığını söyləyib.

O Qafqazda Ermənistanın təhlükəsizliyini yalnız Rusiyanın təmin edə biləcəyini vurğulayıb.

 

“Bu regionda təhlükəsizlik baxımından hər hansı bir ölkənin bu qədər imkanları varmı? Hansı ölkənin daha çox təsir vasitələri və hərbi imkanları var?

 

Düşünürəm ki, burada cavab açıqdır və artıq qurulmuş münasibətlərdən əl çəkmək sadəcə olmaz. Hətta heç bir niyyətin olmasa belə və sən qısamüddətli dividentlər əldə etməyə çalışsan belə, bu, həddən artıq təhlükəlidir” – Koçaryan bildirib.

 

Qeyd edək ki, Ermənistanda baş nazir Nikol Paşinyanla ikinci prezident Robert Koçaryan gərginliyinin artdığı bir zamanda Rusiya prezidenti Vladimir Putin Koçaryana zəng edərək ad günü münasibəti ilə təbrik edib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU