Modern.az

Deputatın 69 yaşı tamam olub

Deputatın 69 yaşı tamam olub

Təhsil

4 Oktyabr 2011, 12:20

Milli Məclisin 66 saylı Biləsuvar seçki dairəsindən olan deputatı Xanhüseyn Kazımlının 69 yaşı tamam olub.
Modern.az saytının məlumatına görə, Xanhüseyn Hüseynağa oğlu Kazımlı 1942-ci il oktyabrın 1-də İmişli rayonunun Ağaməmmədli kəndində anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakültəsini bitirib. İqtisad elmləri doktoru, professordur.
"Şöhrət" ordeni ilə təltif edilib. "Qızıl qələm" və Hacı Zeynalabdin Tağıyev mükafatları laureatıdır. 50-dən çox monoqrafiyanın və dərsliyin, 300-dən çox elmi-publisistik məqalənin müəllifidir.

Beynəlxalq Qiymətləndiricilər Cəmiyyətinin üzvü, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəxri sədridir.

1967-ci ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda laborant, baş laborant, müəllim, baş müəllim, dosent, professor vəzifələrində çalışıb. 1991-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində kafedra müdiri, prorektor, 1994-cü ildən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Baş Qiymətlər İdarəsinin rəisi, 1998-1999-cu illərdə Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri olub.

O, iqtidaryönlü Azərbaycan Sosial Rifah Partiyasının sədridir.

X.Kazımlı artıq dördüncü dəfədir Milli Məclisinin deputatı seçilib. O, 2010-cu ilin noyabrında 66 saylı Biləsuvar seçki dairəsindən deputat seçilib. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvüdür.  Evlidir, 5 övladı var.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...