Modern.az

Avtobus qəzasına görə 3 nazir vəzifədən getdi

Avtobus qəzasına görə 3 nazir vəzifədən getdi

31 Avqust 2018, 20:19

Bolqarıstanın şimal-qərbində 17 nəfərin həlak olması ilə nəticələnmiş ağır yol-nəqliyyat hadisəsindən sonra üç nazir istefa verib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunlar Daxili İşlər naziri Valentin Radev, Nəqliyyat naziri İvaylo Moskovski və Regional İnkişaf naziri Nikolay Nankovdur. Bolqarıstanın Baş naziri Boyko Borisovun 3 nazirin vəzifələrini tərk etməsi barədə tələbindən bir neçə saat sonra sözügedən şəxslər istefa ərizlərini təqdim ediblər.

 

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi İskır dərəsində baş verib. Sürücüsü idarəetməni itirib və avtobus yoldan çıxaraq aşıb. Bolqarıstan prokurorluğu avtobus sürücüsünə qarşı sürət məhdudiyyətini aşmaq da daxil olmaqla bir neçə ittiham irəli sürüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...