Modern.az

Deputat Ayaz Orucov: “Bu qanun layihəsini oxumamışam”

Deputat Ayaz Orucov: “Bu qanun layihəsini oxumamışam”

4 Oktyabr 2011, 13:44

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvləri Vahid Əhmədov və Əli Məsimlinin hazırladığı  “Təhsil krediti haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasında qanunvericilik işlər planına daxil edilib.

Bu qanun ölkəmizdə təhsil kreditlərinin verilməsi və qaytarılması prosesində borcalan, borcverən və təhsil müəssisələri arasındakı münasibətləri tənzimləyəcək, eləcə də təhsil kreditləri sisteminə dövlət dəstəyinin verilməsi qaydalarını müəyyən edecək.

Qeyd edək ki, bu sənədin gündəmə gəlməsindən sonra maraqlı təkliflər də səsləndirilir.

Bu sırada məcburi köçkün tələbələrin təhsil haqqı və digər xərclərinin kreditləşməsi üçün Məcburi Köçkünlərin Sosial İnkişafı Fonduna müraciət etmək kimi təklif də var.  

Moden.az saytının əməkdaşı təklifə münasibət öyrənmək üçün deputat, Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun rəhbəri Ayaz Orucovla əlaqə saxlayıb.
Ayaz Orucov saytımıza açıqlamasında bildirib ki, qanun layihəsi yalnız Mili Məclisdə müzakirə olunduqdan sonra bu barədə fikir söyləyə bilər. “Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun əsas vəzifələrindən biri məcburi köçkün uşaqlarının sosial problemini həll etməkdir” deyən Ayaz Orucov sözügedən qanun layihəsi haqqında məlumatlı olmadığını söyləyib.
“Bu qanun layihəsini mən oxumamışam, müzakirə olunmamış qanun layihəsi haqqında heç nə deyə bimərəm. Milli Məclisdə müzakirə çıxarılar, birinci oxunuşdan keçəndən sonra fikir söyləmək olar”.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı