Modern.az

“Boko Haram” 30 hərbçini güllələdi

“Boko Haram” 30 hərbçini güllələdi

1 Sentyabr 2018, 20:50

“Boko Haram” qruplaşmasının Nigeriyanın şimal-şərqində Nigerlə sərhəd yaxınlığında yerləşən hərbi bazaya hücumu nəticəsində azı 30 hərbçi həlak olub. Modern.az xəbər verir ki, insident yerli vaxtla saat 16.00-da Zari şəhəri yaxınlığında baş verib.

 

Qeyd edək ki, “Boko Haram” qruplaşması bütün Nigeriya ərazisində İslam xilafətinin qurulmasına və şəriət hüququnun tətbiqinə çalışır, qərb təhsilinə, demokratiyaya, hakimiyyətin bölünməsi prinsipinə, həmçinin Qərb geyiminə və yad mədəniyyətin digər elementlərinə qarşı çıxır.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU