Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 12-17 dərəcə, gündüz 20-25 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında oktyabrın 5-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, Lənkəran-Astara zonasında qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14 dərəcə, gündüz 21-26 dərəcə, dağlarda gecə 3-8 dərəcə, gündüz 13-18 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnozlara əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında hava şəraitinin sabit olacağı, əsasən yağmursuz keçəcəyi, mülayim cənub küləyinin üstünlük təşkil edəcəyi, temperaturun ötən günlə müqayisədə tədricən yüksələcəyi gözlənilir.
Modern.az