Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan alınacaq S-400 Zenit Raket Sistemləri haqda ABŞ-a mesaj verib.
Modern.az “Milliyet”ə istinadən xəbər verir ki, Ərdoğan ölkəsinin bu sistemləri əldə etməsi üçün heç kimdən icazə istəməməli olduğunu söyləyib:
“Biz Rusiya ilə S-400 müqaviləsini bağlamışıq və bu bəzilərini narahat edir. Üzr istəyirik, amma heç kimdən icazə almırıq” – Türkiyə prezidenti bildirib.
Qeyd edək ki, Türkiyə lideri avqustun 31-də Rusiyadan “S-400 sistemlərini ən qısa müddətdə alacaqlarına ümid etdiyini” qeyd edib.