Modern.az

Ərdoğan dollardan imtina təklifi verdi: “Buna  tədricən son qoymalıyıq”

Ərdoğan dollardan imtina təklifi verdi: “Buna  tədricən son qoymalıyıq”

2 Sentyabr 2018, 13:34

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dollardan imtinanı təklif edib.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qırğızıstanda rəsmi səfərdə olan  Ərdoğan ölkələr arasında milli valyutalardan istifadəni məsləhət görüb:

“Biz aramızda yerli və milli pullardan istifadə edərək, artıq dolların hökmranlığına tədricən son qoymalıyıq” – Ərdoğan bildirib.

O, paytaxt Bişkekdə Türkiyə-Qırğızıstan işgüzar forumunda çıxışı zamanı bu barədə bəyan edib.

Türkiyə prezidenti çıxışı zaman iki ölkə arasındakı ticarət əlaqələrinə də diqqət çəkərək, bu əlaqələrin istənilən səviyyədə olmadığını bildirib.

Qeyd edək ki, Türkiyə milli valyutası son sanksiyalardan sonra dollara nisbətdə dəyərini itirib. Hazırda bir dollar 6,5 lirəyə dəyişdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU