Oktyabrın 4-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayzanı qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüşdə ABŞ-la Azərbaycan arısında hərbi əlaqələrin perspektivləri, regionda hərbi-siyasi vəziyyət və bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Modern.az