Modern.az

Daşqınlar 16 can aldı

Daşqınlar 16 can aldı

2 Sentyabr 2018, 20:19

Son sutka ərzində Hindistanın şimalındakı Uttar-Pradeş ştatında 16 nəfər leysan yağışların qurbanı olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində daha 12 nəfər ağır xəsarətlər alıb.

 

Yerli hakimiyyət orqanlarının məlumatına görə, ölənlərdən 6 nəfəri ildırımın qurbanı olub. Digərləri isə torpaq sürüşməsinin və kənddə ağacın evin damı üstünə aşması nəticəsində ölüblər.

 

Regionda təbii hadisə nəticəsində ümumilikdə 460-dan çox ev zərər çəkib. Hindistanda musson yağışlar iyundan sentyabrın ortalarına qədər davam edir.

 

Rəsmi məlumata görə, bu il 1000-dən çox insan leysan yağışların qurbanı olub.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU