Modern.az

Zaxarçenko dəfn edildi

Zaxarçenko dəfn edildi

2 Sentyabr 2018, 22:29

Qondarma Donetsk Xalq Respublikasının keçmiş rəhbəri Aleksandr Zaxarçenko dəfn edilib. Modern.az xəbər verir ki, bu barədə "Sputnik" informasiya yayıb.

 

Məlumata görə, əvvəlcə teatrda vida mərasimi təşkil edilib, daha sonra isə Zaxarçenkonun nəşi Yujnoe qəbiristanlığında torpağa tapşırılıb.

 

Vida mərasiminə Rusiya, Cənubi Osetiya, Abxaziya və başqa ölkələrdən rəsmilər qatılıb.

 

Qeyd edək ki, Donetsk separatçılarının lideri A.Zaxarçenko “Separ” kafesində törədilən partlayış nəticəsində həlak olmuşdu.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU