Modern.az

BDU Erciyes Universiteti ilə memorandum, Latviya Universiteti ilə müqavilə imzaladı

BDU Erciyes Universiteti ilə memorandum, Latviya Universiteti ilə  müqavilə imzaladı

Təhsil

4 Oktyabr 2011, 15:48

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov  Türkiyənin Erciyes Universitetinin rektoru, professor Fahrettin Keleştemurun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. BDU-nun Mətbuat və informasiya şöbəsindən bildirilib ki, universitet haqqında qonaqlara ətraflı məlumat verən rektor Abel Məhərrəmov, əsasən onun beynəlxalq əlaqələrindən danışıb.

Erciyes Universitetinin rektoru Fahrettin Keleştemur rəhbərlik etdiyi universitet haqqında məlumat verib. Məlum olub ki, Türkiyənin öndə gələn və ən seçmə təhsil müəssisələrindən biri olan Erciyes Universitetinin 16 fakültəsi, çoxsaylı qurum və mərkəzləri var. F.Keleştemur dünyanın bir çox universitetləri ilə əməkdaşlıq edən Erciyes Universitetinin Bakı Dövlət Universiteti ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Görüşün nəticəsi olaraq univeristetlər arasında anlaşma memorandumu imzalanıb. Memorandum tədqiqatçı, aspirant və magistrlərin mübadiləsi, ikitərəfli elmi simpozium, seminar və konfransların təşkili, birgə layihə və proqramlarda tərəflərin iştirakını nəzərdə tutur. İmzalanma mərasimindən sonra çıxış edən rektorlar – akademik Abel Məhərrəmov və professor Fahrettin Keleştemur bu sənədin təhsil və elmin inkişafı baxımından səmərəli olacağını qeyd ediblər. Qardaş ölkənin nümayəndə heyəti universitetlə tanış olub, laboratoriyalara baxış keçirib və xoş təəssüratla ayrılıblar.

Qeyd edək ki, görüşdə Türkiyə tərəfindən rektorun media üzrə məsləhətçisi Ustun Tuncer, genel sekreter Fikret Kara, dosent Sevinc Ucgul, Azərbaycan tərəfindən isə Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Şəlalə Məmmədova iştirak edib.



***
Bu gün Bakı Dövlət Universitetində “Azərbaycan-Latviya: mədəni-tarixi dialoq” sərgisi açılıb. Sərgidə Latviyanın ictimai-siyasi, mədəni həyatini, eyni zamanda Azərbaycan-Latviya mədəni, siyasi, ədəbi əlaqələrini əks etdirən kitab, dərgi, buklet və foto şəkillər nümayiş etdirilib. Tədbir çərçivəsində Latviyanın Azərbaycandakı səfiri Hardis Baumanisi və Latviya Universitetinin rektoru professor, doktor Marsis Auzinsin başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetini ziyarət edərək rektor, akademik Abel Məhərrəmovla görüş keçiriblər. Görüşdə universitetlərarası qarşılıqlı maraq doğruna məsələlər müzakirə edilib. Nəticədə Bakı Dövlət və Latviya Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Memorandum tələbə-müəllim mübadiləsi, birgə elmi simpozium, seminar və konfransların təşkili, layihə və proqramlarda iştirak və s. digər məsələləri nəzərdə tutur. İmzalanma mərasimindən sonra çıxış edən rektorlar bu sənədin gələcəkdə təhsil və elmin, iki xalq arasındakı münasibətlərin daha da inkişafı baxımından əhəmiyyətli olacağını qeyd ediblər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...