Rusiyanın Baş naziri Vladimir Putin xarici siyasətlə bağlı təşəbbüslərini yazdığı i məqalədə Avropa Birliyinə alternativ olaraq “Avrasiya Birliyi” proyektini irəli sürüb.
Modern.az Rusiya mətbuataına istinadən bildirir ki, “Avrasiya Birliyi” layihəsində keçmiş sovet dövlətlərini bir araya gətirəcəyini deyən Putin, bu layihə ilə birlikdə siyasi və iqtisadi olaraq daha da yüksək inteqrasiya səviyyəsinə çatacaqlarını vurğulayıb.
Yeni birliyin ilk olaraq Belarusiya və Qazaxıstanla qurulması planlaşdırılır. Burada ilk olaraq gömrük birliyi müqaviləsinin olacağından söz edən Putin 3 ölkə arasında ticarət, sərmayə və əmək hərəkətinin qarşısındakı bütün əngəllərin aradan qalxacağını vurğulayıb.
Putin yaranacaq birlikdə yeni üzvlərə də açıq olduğunu bəyan edib.
Avropa Birliyi ilə əlaqələrinin pozulmaması üçün Avrasiya layihəsinə müsbət baxmayan qonşu ölkələri də tənqid edən Putin, gömrük müqaviləsi və qarşıda qurulacaq Avrasiya Birliyinin güclü bir səs olaraq Avropa Birliyi ilə iqtisadi sahələrdə danışıqlarda söz sahibi olacağını qeyd edib.
Sovetlər birliyinin dağılmasını “20-ci yüz illiyin ən böyük geopolitik fəlakəti” olaraq şərh edən Putin yeni layihəsinin də bu birliklə eyni olmadığını da vurğulayıb.
Modern.az