“Türkiyəyə 5-6 sentyabr tarixlərində baş tutacaq səfəri zamanı Suriyanın İdlib vilayətindəki vəziyyəti müzakirə edəcəyik. Biz İdlibdə humanitar böhrandan qaçmaq üçün əlimizdən gələni edəcəyik. Bu, mənim bu həftə, çərşənbə günü və cümə axşamı Türkiyəyə səfərim zamanı çox vacib mövzu olacaq”. Moderrn.az “RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Hayko Maas bildirib.
O, Türkiyə tərəfini İdlibdə yaranan vəziyyətin aradan qaldırılmasında mühüm tərəfdaş adlandırıb: “Türkiyənin mövqeyi Rusiyanın, ardınca isə Əsəd rejiminin Suriyada gələcək fəaliyyəti üçün həlledici əhəmiyyətə malikdir”.
Nazir həmçinin qeyd edib ki, hazırda İdlibdə vəziyyət "çox ciddidir", güc yolu ilə həll isə bölgədə humanitar fəlakətə gətirib çıxaracaq.