Modern.az

BBC-nin ofisi yaxınlığında avtomobil partladılıdı

BBC-nin ofisi yaxınlığında avtomobil partladılıdı

Dünya

3 Sentyabr 2018, 23:43

Britaniya polisi Londonda BBC teleradioyayım korporasiyasının əsas binası yaxınlığında şübhəli avtomobilin nəzarət altında partlayışını həyata keçirib. Modern.az xəbər verir ki, bu barədə şahidlərə istinadən "The Sun" nəşri məlumat yayıb.

 

Bildirilir ki, əməliyyat xüsusi özüyeriyən robotun köməkliyi ilə aparılıb. Ümumilikdə 3 partlayış törədilib.

 

Nəşrin yazdığına görə, əməliyyat anında baş qərargahın binasına giriş və çıxış məhdudlaşdırılıb. Eyni zamanda BBC əməkdaşlarına pəncərələrdən kənar durmaq tövsiyyə olunub.

 

Polisin diqqətini cəlb edən şübhəli avtomobil isə kiçik narıncı furqon olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU