Modern.az

Müəllim günündə müəlimlərə dair statitika

Müəllim günündə müəlimlərə dair statitika

Ölkə

5 Oktyabr 2011, 09:52


5 oktyabr Beynəlxalq müəllimlər günüdür. Bu tarixin qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-cı il  oktyabrın 5-də YUNESKO verib. Həmin vaxt bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-i müəllimlərin peşə bayramı günü kimi qeyd edir.

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, hazırda Azərbaycanda ümumtəhsil məktəblərində 159 min müəllim çalışır.

2003-2010-cu illərdə təhsilin inkişafındakı  xidmətlərinə görə 1000-dən çox təhsil işçisi  yüksək  dövlət  təltiflərinə, fəxri adlara və fərdi təqaüdlərə layiq görülüb.

Son 4 ildə  "Ən yaxşı müəllim"  müsabiqəsinin qalibi olmuş 400 müəllimin hər birinə  5000 manat məbləğində  birdəfəlik pul mükafatı verilib.

"Xalq kompüteri"  layihəsi  çərçivəsində  9000 müəllim  kompüterlə təmin olunub.

Son illər  inzibati, pedaqoji və texniki heyət  əhatə olunmaqla  54 min nəfər  müvafiq treninqlərdən keçərək  İKT bacarıqlarına yiyələnib.


Modern.az


Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər