Rusiya aviasiyası 22 günlük fasilədən sonra Suriya müxalifətinin son dayağı olan İdlibi bombaladı.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın “Twitter” sosial şəbəkəsində Rusiya və İrana xəbərdarlığından sonra Rusiya bu addımı atıb.
Tramp "Twitter" hesabında İran və Rusiyanın İdibi bombalamaqda Əsəd rejiminə dəstək verərlərsə, “ciddi səhv” edəcəklərini bildirib.
Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov isə Trampın planını qınayıb.
“Bütün Suriya üçün çox təhlükəli və mənfi potensiala malik vəziyyətə diqqət yetirməyərək sadəcə xəbərdarlıqla çıxış etmək, yəqin ki, qeyri-əhatəli bir yanaşmadır” – Peskov bildirib.
O həmçinin Suriya ordusunun bu problemi həll etməyə hazır olduğuna da diqqət çəkib.
Rusiyanın hava zərbələri endirməsindən istifadə edən Suriya qırıcıları da bəzi nöqtələri vurub.
Moskvadan gələn açıqlamada buradakı terrorçuların həm Rusiya hərbçilərinə həmçinin də sülh danışıqlarına təhlükə olduğu qeyd edilir.
Müxalifət Rusiyanın Hmeymim bazasından qalxan üç qırıcının 20-yə yaxın hücum həyata keçirdiyini bildirib.
Qeyd edək ki, Rusiya bu problemin Tehran sammitində həll olunacağını, Trampın xəbərdarlığının isə problemin həlli üçün heç bir şey vəd etmədiyini bildirib.