Modern.az

Ziyafət Əsgərov deputatları NATO-ya aparır

Ziyafət Əsgərov deputatları NATO-ya aparır

5 Oktyabr 2011, 11:38

Oktyabrın 6-da Milli Məclis Sədrinin birinci müavini, NATO PA-da Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılığı ilə deputatlar Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Tahir Süleymanov və Qüdrət Həsənquliyev qurumun 57-ci illik sessiyasında iştirak etmək üçün Rumıniyanın paytaxtı Buxarest şəhərinə səfərə yola düşəcəklər.
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, 57-ci illik sessiya çərçivəsində keçiriləcək komitə iclaslarında kiber təhlükəsizliyinə dair, bioloji və kimyəvi təhdidlərə qarşı mübarizə ilə əlaqədar müzakirələr aparılacaq. Avropada çətin maliyyə mühiti ilə üzləşmə, iqtisadi böhran və maliyyə möhkəmliyi məsələləri nəzərdən keçiriləcək. Qurumun müvafiq komitələrində Liviya xalqının dəstəklənməsinə, Yaxın Şərqdə və Şimali Afrikada siyasi transformasiyaya, eləcə də Əfqanıstana dair qətnamə layihələrinə münasibət bildiriləcək.
Plenar iclasda NATO PA-nın prezidenti Karl Lamers və NATO-nun Baş katibi Anders Rasmussen, həmçinin Rumıniyanın Prezidenti Trayan Basesku, Rumıniya Senatının və Deputatlar Palatasının sədrləri çıxış edəcəklər.  Diskussiya aparılacaq.
Azərbaycan parlamentinin nümayəndə heyəti müzakirələrdə fəallıq göstərəcək, məsələlərə münasibətdə ölkəmizin mövqeyini bildirəcəkdir. 
Səfər oktyabrın 10-da başa çatacaq.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı