Modern.az

Bitkoin yenidən bahalaşır

Bitkoin yenidən bahalaşır

Aktual

4 Sentyabr 2018, 23:06

Dünyada ən populyar kriptovalyuta olan bitkoin bahalaşır. Modern.az “Trend”ə istinadən xəbər verir ki, bitkoin 7,2 min dollar ətrafında alınıb satılır.

 

"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 0,62% artaraq 7,276 min dollar təşkil edib.

 

Alternativ kriptovalyutaların qiyməti isə ucuzlaşıb. Belə ki, "Ethereum" 1,53% və ya 285,54 dollaradək, "Ripple" 1,44% (0,333 dollara qədər), "Bitcoin Cash" isə 0,26% (625,86 dollaradək) ucuzlaşıb.

 

Kriptovalyuta bazarının kapitallaşması hazırda 236 milyard dollar təşkil edir və bunun 53% faizi bitkoinin payına düşür.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər