Modern.az

Deputat ad gününü qeyd edir

Deputat ad gününü qeyd edir

Təhsil

5 Oktyabr 2011, 11:59

Bu gün deputat Jalə Əliyevanın ad günüdür. 92 saylı Zərdab-Ucar seçki dairəsindən millət vəkili seçilən J.Əliyeva ikinci çağırışdlır ki. parlamentdə təmsil olunur.
Modern.az-ın məlumatına görə, J.Əliyeva 1966-cı il oktyabrın 5-də Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini qırmızı diplomla bitirib, daha sonra həmin universitetin hüquq fakültəsində təhsil alıb. Filologiya elmləri doktorudur. Türk dili və ədəbiyyatı üzrə mütəxəssisdir. 2 monoqrafiyanın və 30-dan çox elmi məqalənin müəllifidir. Rus və ərəb dillərini bilir.
1988-ci ildən Azərbaycan Mədəniyyət Fondunda müfəttiş işləyib. 1992–2005-ci illərdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyində tərcüməçi vəzifəsində çalışıb. 1996-cı ildən Bakı Dövlət Universitetinin müəllimi olub. Hazırda BDU-nun Türk filologiyası kafedrasının professorudur. Bitərəfdir.
Milli Məclisin Mədəniyyət komitəsinin üzvüdür. 1 qızı var.





Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...