Modern.az

Tramp ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizəd təklif etdi

Tramp ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizəd təklif etdi

Dünya

5 Sentyabr 2018, 08:55

ABŞ prezidenti Donald Tramp İrli Litsenbergeri öz ölkəsinin Azərbaycandakı səfiri vəzifəsinə təklif edib.

Modern.az-ın məlumatına görə, bu barədə Ağ Evin yaydığı məlumatda deyilir.

Qeyd edilir ki, İrli Litsenberger karyeralı diplomatdır və hazırda Dövlət Departamentində hərbi-siyasi məsələlər üzrə Büroda baş müşavir vəzifəsini tutur. İ.Litsenberger fransız, rus, serb və bolqar dillərini bilir.

Bundan əlavə, D.Tramp Con Pommerşeymi ABŞ-ın Tacikistandakı səfiri vəzifəsində təklif edib. C.Pommerşeym karyeralı diplomatdır və hazırda ABŞ-ın Qazaxıstandakı səfirliyində işləyir. C.Pommerşeym rus, alman, yapon və Çin dillərini bilir.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU