Modern.az

ABŞ-dan Rusiyaya nüvə İTTİHAMI

ABŞ-dan Rusiyaya nüvə İTTİHAMI

5 Sentyabr 2018, 10:29

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Çin və Rusiyanın Koreya yarımadasının nüvə silahlarından təmizlənməsi prosesinə maneələr törətdiyini söyləyib.

Modern.az “Ria Novosti” agentliyinə  istinadən xəbər verir ki, o, Çin və Rusiyanın sanksiyalara nəzarət komitəsinin işinə də maneələr yaratdıqlarını qeyd edib.

“Rusiya və Çin 1718 komitəsinin (sanksiyaların yerinə yetirilməsinə nəzarət edir) işinə də maneələr yaratmaqda davam edirlər” – Heyli bildirib.

Bununla yanaşı o, ABŞ və Cənubi Koreyanın sanksiyalarla əlaqədar əməkdaşlıq etdiklərini də diqqətə çatdırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU