Şimali Koreya lideri Kim Çen In iki həftəlik aradan sonra yenidən ictimaiyyət arasında görünüb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, In Şimali Koreyanın nüvə silahlarının layihələşdirilməsinin əsas fiqurlarından olan Cju Qyu Çxanın dəfn mərasiminə qatılıb.
Çxanın ölkəsinin müdafiəsinə xüsusi qatqıları olduğu da bildirilir.
Cənubi Koreya mətbuatı Kim Çen Inın son 15 gün ərzində mətbuatda görünmədiyini qeyd edir.
Qeyd edək ki, sentyabrın 9-da Şimali Koreyanın əsasının qoyulmasının 70 illiyi qeyd olunacaq.