Modern.az

Tramp haqqında qalmaqallı kitab çıxır – Sərt ifadələr var  

Tramp haqqında qalmaqallı kitab çıxır – Sərt ifadələr var   

5 Sentyabr 2018, 17:26

ABŞ-ın tanınmış jurnalisti Bob Vudvordun prezident Donald Tramp haqda hazırladığı qalmaqallı kitabının sentyabrın 11-də yayımlanacağı bildirilir.

 

Modern.az “New York Magazine” istinadən xəbər verir ki, kitab eks dövlət katibi Reks Tillersonun Trampı “lənətə gəlmiş axmaq” hesab etdiyini təsdiq edir.

Kitabda Vudvord həmçinin ABŞ prezidentini axmaq hesab edənlərin siyahısına bir neçə şəxs əlavə edib.

 

Pentaqon rəhbəri Ceyms Mettis də ABŞ-ın Cənubi Koreyadakı müdafiə məsələsini prezidentə izah etdikdən sonra əməkdaşlara Trampın “5-6-cı sinif şagirdi kimi düşünüb hərəkət etdiyini” bildirib.

 

Nəşr kitabda həmçinin Ağ Ev rəhbəri Con Kellinin də Trampı axmaq və başdan xarab adlandırdığını da qeyd edir.

 

“O axmaqdır. Ona nəyisə başa salmaq mənasızdır. O relsdən çıxıb. Biz dəlixanadayıq. Mən hətta bilmirəm ki, biz niyə buradayıq. Bu mənim indiyə kimi işlədiyim ən pis işdir” –  deyə Kelli öz ofisində keçirdiyi yığıncaqlardan birində söyləyib.

 

“Mən orada oturub onun axmaq kimi görünməsinə imkan verməyəcəyəm. Siz də stenoqramı yayımlsyın çünki, Vaşinqtonda hər şey sızdırılır. Ölkə xaricindəkilər deyəcəklər ki: “Mən sizə dedim ki o axmaqdır. Mən dedim o lənətə gəlmiş qanmazdır. Biz niyə bu axmaqla iş görürük?”” – Trampın vəkili Con Daud xüsusi prokuror Robert Müllerə ifadə verməyin vacibliyini açıqlayarkən bildirib.

ABŞ prezidentinin digər vəkili Cey Sekulov da analoji səbəbləri açıqlayarkən Trampın “patoloji yalançı” olduğunu vurğulayıb.

“Bu onun təbiətidir” – deyə Daud Müllerə bunu təsdiqləyib.

 

Qeyd edək ki, bundan əvvəl Trampın komandasında çalışan bir çox insan bəzi faktları açıqlayacaqları təqdirdə onun və ailəsinin qalmaqal yaşayacağını bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU