Modern.az

Partlayışda ölənlərin sayı 20 nəfərə çatdı

Partlayışda ölənlərin sayı 20 nəfərə çatdı

5 Sentyabr 2018, 20:52

Əfqanıstanda törədilən partlayışda ölənlərin sayı artıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt Kabildə ardıcıl baş verən 2 partlayış nəticəsində 20 nəfər ölüb. 60 nəfərdən artıq yaralı var.

 

Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Nəcib Daniş ilk hücumun bir nəfərin özünü partlatması nəticəsində törədildiyini söyləyib.

 

Qeyd edək ki, partlayışlardan biri güləş salonlarından birində, digəri isə salonun yaxınlığında baş verib.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU