“Türkiyə, Rusiya, Fransa və Almaniya Suriya sammitinin keçirilməsində maraqlıdır. İstanbulda keçirilməsi nəzərdə tutulan sammitin gündəliyi yaxın 10 gün ərzində müəyyən ediləcək”. Modern.az xəbər verir ki, bu barədə mediaya Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Yuri Uşakov qeyd edib ki, indi vəziyyətə görə adı keçən ölkələr bu dördlüyün zirvə görüşünün keçirilməsinə maraq göstərir: “Müavinlərə bu məsələ üzərində işləmək tapşırığı verilib. 10 gün ərzində həmkarlarımızla belə bir təması həyata keçirmək və bu görüş zamanı ehtimal olunan sammitin gündəmini təyin edəcəyik".