Şimali Koreya lideri Kim Çen In Vaşinqtonun yarımadanın nüvə silahlarından təmizlənməsi prosesindən narazı olması ilə razılaşmır.
Modern.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, o, həmçinin ABŞ prezidenti Donald Trampın səlahiyyət müddəti bitənədək Vaşinqtona münasibətlərin normallaşacağına ümid edir.
Kim Çen In bu barədə etirazını Koreya respublikasinın Pxenyandakı xüsusi səfirinin Mun Cje İnin məktubunu ona verərkən səfirə bildirib.
O, Pxunqeri poliqonunun sökülməsinin ölkəni demək olar ki, tamamilə nüvə sınaqları keçirməkdən məhrum etdiyini qeyd edib.
Inın sözlərinə görə beynəlxalq ictimaiyyət Pxenyanın addımlarını qiymətləndirmir.
Şimali Koreya lideri həmçinin yarımadada hələ də ABŞ hərbçilərinin olmasını qınayıb.
Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen In bundan əvvəl ölkənin nüvə silahları layihələşdirilməsində əvəzsiz addımları olan Cju Qyu Çxanın dəfn mərasiminə qatılıb.