Modern.az

Türkiyə - Azərbaycan oyununun nəticəsini düz yazanı mükafat gözləyir

Türkiyə - Azərbaycan oyununun nəticəsini düz yazanı mükafat gözləyir

Təhsil

5 Oktyabr 2011, 16:48

Qol.Az saytı “Millennium Turizm” şirkətiylə birgə yeni müsabiqənin başlandığını elan edib.

Oxucular “Avro-2012”nin seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də səfərdə Türkiyə ilə qarşılaşacaq millimizin oyununun nəticəsini düzgün təxmin etməklə həftəsonu Azərbaycanın ən füsunkar guşələrindən birində 2 günlük istirahət etmək imkanı qazanacaq.

Müsabiqədə iştirak etmək istəyənlər İstanbulda keçiriləcək matçın dəqiq proqnozunu (məsələn, 1:1) saytın elektron ünvanına – [email protected] göndərə bilərlər. Bu zaman iştirakçının adı, soyadı, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və əlaqə telefonu mütləq göstərilməlidir. Əks halda müraciət edən şəxsin adı iştirakçılar siyahısına salınmayacaq.

Hər bir iştirakçı yalnız bir hesab (məsələn, 1:1) yaza bilər. İştirakçı iki proqnoz (məsələn, 1:1 və ya 0:0) göndərərsə, onun müraciəti qeydə alınmayacaq.

Hesabı yüz faiz dəqiqliklə tapa bilən ilk 2 iştirakçı qalib hesab olunacaq. Onların hər biri Qol.Az saytı və “Millennium Turizm” şirkəti tərəfindən 2 nəfərlik turpaketə sahib olacaq və həftəsonu Azərbaycanın ən füsunkar guşələrindən birində 2 günlük istirahət etmək imkanı qazana biləcək.

Müsabiqəyə oktyabrın 5-i, saat 14.00-dan start verilir. Proqnozlarınızı Türkiyə - Azərbaycan matçının keçiriləcəyi oyun günü, oktyabrın 11-i saat 15:00-dək [email protected] ünvanına göndərə bilərsiniz.

Müsabiqədə iştirak etməyə tələsin!

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...