Modern.az

Ağ Evdə Trampa qarşı qruplaşma var – QALMAQAL

Ağ Evdə Trampa qarşı qruplaşma var – QALMAQAL

6 Sentyabr 2018, 14:15

Ağ Evdə prezident Donald Trampa qarşı hələ ki sakit fəaliyyət göstərən qruplaşma formalaşıb.

 

Modern.az xarici KİV-nə istinadən xəbər verir ki, bu qruplaşma sakit fəaliyyət göstərsə də, onlar Konstitusiyaya 25 düzəlişdən (yararsız prezidenti hakimiyyətdən uzaqlaşdırmaq) yararlanmağı da nəzərdən keçiriblər.

 

Bu barədə dünən anonim şəxs tərəfindən nüfuzlu “The New York Times” nəşrinə ünvanlanan və yayımlanan yazıda bildirilib.

 

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp haqqında son zamanlar bir çox tənqidlər mətbuatda yayımlanır. Lakin bu yazı xüsusi ilə fərqlənir. Bu, ilk növbədə yazarın kimliyi, məqalədə qeyd edilənlər və bu hadisənin Ağ Evdə yaratdığı rezonansla əlaqəlidir.

 

Yazının müəllifinin isə Tramp administrasiyasında çalışan adı açıqlanmayan şəxs olduğu qeyd edilir.

 

Prezidenti tənqid edən yazar onu “yarı bişmiş, zəif məlumatlandırılmış və bəzən püskürən qərarlar qəbul edən”, həmçinin “demokratiya və ticarət əleyhdarı” və “əxlaqsız” olduğunu bildirib.

O, administrasiyada Trampı bu cür qərarlardan çəkindirməyə çalışan və bunun üçün əlindən gələni edənlərin olduğunu diqqətə çatdırıb.

Həmçinin bu şəxslərin 25-ci düzəlişdən istifadə etməyi də nəzərdən keçirdiklərini vurğulayıb.

 

Xatırladaq ki, 25-ci düzəliş öz ofisinin səlahiyyətlərini və vəzifələrini yerinə yetirə bilməyən prezidentin əvəzlənməsi üçün çox çətin bir konstitusiya mexanizmidir.

 

“Buna görə də bütün bunlar bitənə qədər biz administrasiyanı düzgün istiqamətə yönləndirmək üçün əlimizdən gələni edəcəyik” – müəllif yazır.

Digər demokratik tənqidçilərdən fərqli olaraq yazar özlərinin xalq və ya sol dirəniş olmadıqlarını və ancaq administrasiyanı inkişaf etdirmək istəyən bir koalisiya olduqlarını ifadə edir.

“Biz administrasiyanın uğurlar qazanmasını istəyirik və düşünürük ki, bu siyasətçilərdən bir çoxu artıq Amerikanı çiçəklənən və təhlükəsiz vəziyyətə gətirib” – yazar bildirib.

Bununla yanaşı o, Tramp hakimiyyətdən gedənədək onun yanlış qərarlarına maneə olmaq və demokratik institutların qorunması üçün əllərindən gələni edəcəklərini də qeyd edib.

Müəllif bu insanların əməyini “qəhrəmanlıq” kimi dəyərləndirib və onları prezidentin xaotik hərəkətlərinə maneə olduqları üçün tərifəlayiq hesab edib.

Əvvəlcə bu hadisəyə gülən və “Twitter” hesabındakı ilk şərhində “anonim, yəni heç bir əhəmiyyəti olmayan” adlandıran Tramp sonradan hadisəyə ciddi reaksiya verməyə başlayıb.

O həmçinin “The New York Times” nəşrinə zəng vuraraq onları “şərəfsiz” adlandırıb.

Daha sonra  bir az da irəli gedib.

“Xəyanət?” – deyə Tramp “Twitter hesabında yazıb.

 

Ağ Evdən də rəsmi bəyanat özünü çox gözlətməyib. Ağ Evin mətbuat katibi Sara Sanders prezidentə səs verən insanların sayını diqqətə çəkərək nəşrin bu cılız, riyakar və məsuliyyətsiz məqaləni yayımladıqlarına təəccüblənmədiklərini qeyd edib.

 

O, bu hadisəni prezidenti nüfuzdan salmaq üçün liberal mətbuatın daha bir nümunəsi kimi qiymətləndirib.

“Bu məqalənin arxasındakı şəxs layiqli şəkildə seçilmiş prezident dəstəkləməyi yox, onu aldatmağı qərara alıb. O, dövlət maraqlarının üstün tutmalı olduğu halda əvəzində ilk növbədə özünü və eqosunu Amerika xalqından üstün tutur. Bu qorxaq düzgün davranmalı və istefa verməlidir” – Sander bildirib.

Ağ Evin keçmiş əməkdaşlarından biri isə “The Guardian” nəşrində bu hadisəyə təəccübləndiklərini bildirib.

“Mən əvvəllər Tramp tərəfdarlarının hakimiyyətdəki prezident əleyhinə “yatmış hücrələr” barədə narahat olmaqlarına gülürdüm. Amma mən bunu “The New York Times” nəşrinin anonim müəllifinin açıqlamasından yaxşı ifadə edə bilməzdim” – Ağ Evin keçmiş köməkçisi Sebastyan Qorka bildirib.

 

“The New York Times” nəşrinin baş redaktoru Ceyms Dao yazı haqqında aşağıdakıları qeyd edib:

 

“Bu bizim nələr hiss etdiyimizi izləyən bir şəxs tərəfindən çox güclü və dəqiq yazılmış yazıdır. Və bu efirə çıxmağa layiq çox prinsipial bir mövqedir. ” – Dao bildirib.

 

Dao bu şəxsi Tramp admintrasiyasında müqavimətin bir üzvü adlandırıb.

 

O, müəllifin Tramp administrasiyasının yüksək vəzifəli rəsmi olduğunu diqqətə çəkərək, onun adını bildiklərini, lakin bunu açıqlamağın onun işinə təhlükə yaradacağını nəzərə çatdırıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU