Modern.az

Hafiz Hacıyev Hacıbala Abutalıbovdan hesabat TƏLƏB ETDİ

Hafiz Hacıyev Hacıbala Abutalıbovdan hesabat TƏLƏB ETDİ

6 Sentyabr 2018, 15:45

“Hacıbala Abutalıbovun Bakı meri olduğu dönəmdə yaratdığı problemləri hələ də həll etmək mümkün deyil”.

Modern.az xəbər verir ki, bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

O bildirib ki, yeni rəhbərlik Hacıbala Abutalıbovun sərəncamlarını qanunsuz sayır və sahibkarların obyektlərini, camaatın evini sökməyə başlayıb.

“Hacıbala Abutalıbov buna görə niyə cavab vermir? "Qaçqınkom”un keçmiş sədrinin hər blokda evi var. Yeni sədr görün, ortaya nələr çıxarıb. İndi o, niyə baş nazirin müavini olmalıdır? Hakimiyyətdəki bu məmurlar xalqı o qədər narazı salıblar ki, camaatın ah-naləsi ərşə qalxıb”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!