Modern.az

Bu ölkədə qadınlar da orduda xidmət edəcək

Bu ölkədə qadınlar da orduda xidmət edəcək

7 Sentyabr 2018, 01:01

Ukraynada qadınların orduda xidmət keçməsinə icazə verilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Ali Rada Ukrayna Silahlı Qüvvələrində qadınların kişilərlə bərabərliyini təsbit edən qanun layihəsini təsdiqləyib.

 

Qanuna əsasən, Ukraynada qadınlar müqavilə əsasında Silahlı Qüvvələrdə xidmət keçə, orduya çağırıla, habelə ehtiyatda qulluq edə biləcəklər.

 

İstisnalar yalnız anaların və uşaqların hüquqlarını qoruyan mövcud qanunların nəzərdə tutduğu hallara şamil edilir.

 

Qanun dərc edildikdən on gün sonra qüvvəyə minəcək.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU