Qazaxıstanın qərbində Çapayeva qəsəbəsində polis serjantı öz komandirini güllələyib.
Modern.az yerli mətbuata istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü polis serjantı 1986-cı il təvəllüdlü taqım komandirinə rayon bölməsinin ərazisində xidməti silahından atəş açıb.
“Akçaik rayonu Çapayeva qəsəbəsində Daxili İşlər Nazirliyi şöbəsinin ərazisində 1994-cü il təvəllüdlü polis serjantı 1986-cı il təvəllüdlü taqım komandirinə xidməti silahından bir neçə dəfə atəş açıb. Zərərçəkən aldığı xəsarətlərdən yerindəcə keçinib” – polisdən bildirilib.
Hadisə ilə əlaqədar qəsdən adam öldürmə maddəsi ilə iş açılıb, istintaq aparılır.