Modern.az

Ovçuluqla bağlı nazirliyə müraciətlər artıb  

Ovçuluqla bağlı nazirliyə müraciətlər artıb  

Aktual

7 Sentyabr 2018, 12:24

Sentyabrın 7-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində ov mövsümü və Azərbaycanda ovçuluğun təşkilinə həsr olunmuş mətbuat konfransı keçirilib.

Modern.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova ovçuluqla bağlı nazirliyin “Qaynar xətt”inə çoxsaylı müraciətlərin daxil olduğunu deyib.

Nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə bildirib ki, mayın sonundan ov mövsümü açıq elan edilib. İlk olaraq Dağıstan turunun ovlanmasına icazə verilib. Avqustun 24-dən etibarən isə quşların ovuna başlanılıb. Sentyabr ayından ilin sonunadək çöl donuzları və dovşanların ovlanmasına da icazə veriləcək.

“Ovçuların sayı hər il artır. Ov icazələri ovçuların sayı və istəyinə uyğun müəyyən edilmir. Bu icazələrinin sayı ovlanan fauna növünün sayından asılıdır”,-deyə departament direktoru qeyd edib.

H.Əlizadə xarici ovçulardan da danışıb. Deyib ki, əcnəbi vətəndaşlar müvafiq şirkətlərin vasitəçiliyi ilə ov icazəsinin alınması üçün müraciət edirlər. Mövsüm başlayandan 10 şirkət xarici vətəndaşlar üçün ovun təşkilinə görə müraciət edib və onların hamısına müsbət cavab verilib: "Bu şirkətlərə nəzarət edilir. Xarici vətəndaşlar Azərbaycan qanunlarını bilmirlər, xarici vətəndaşlar üçün ovu təşkil edən şirkətlər bunu ona başa salmalıdırlar. Xarici vətəndaş qanunu pozduğu halda 2000 manata qədər cərimə edilir və həmin vətəndaşın ölkədən çıxarılması üçün müraciət edilir, şirkətlə işləməyə isə məhdudiyyət qoyulur".

H.Əlizadə deyib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ovçuluq təsərrüfatlarını bu sahədə böyük təcrübəsi olan şirkətlərin istifadəsinə verməyi nəzərdə tutur. Onun sözlərinə görə, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycanın müxtəlif ərazilərində 10 ovçuluq təsərrüfatı var: 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!