İran prezidenti Həsən Ruhani ABŞ və İsrailə çağırış edib.
Modern.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, Ruhani İsrail və ABŞ-ı hərbçilərini Suriyadan çıxarmağa çağırıb.
Onun sözlərinə görə bu iki ölkənin münaqişəyə qanunsuz müdaxiləsi regionda təhlükəli vəziyyətin uzanmasına səbəb olub.
“ABŞ-ın Suriyadakı iştirakı tez bir zamanda bitməlidir” – Ruhani vurğulayıb.
O, həmçinin İsrailin də işğal etdiyi əraziləri ən yaxın zamanda tərk etməli olduğunu bildirib.
Qeyd edək ki, hazırda İranın paytaxtı Tehranda Türkiyə, Rusiya və İranın iştirakı ilə üçtərəfli sammit keçirilir.