İranın cənub-şərqində baş verən zəlzələ bir nəfərin həyatına son qoyub. Modern.az İran mediasına istinadən xəbər verir ki, zəlzələ nəticəsində 1 nəfər həlak olub, 2 nəfər yaralanıb.
Sistan və Bəlucistan əyalətində İran Qırmızı Ayparasının rəhbəri Rəsul Raşki bildirib ki, zəlzələ nəticəsində İranşahr şəhərində 18 yaşlı qız həlak olub.
Bundan əlavə, "afterşoklar" nəticəsində 2 nəfər xəsarət alıb, onlara tibbi yardım göstərilib.
Qeyd edək ki, bu gün "UTC" vaxtı ilə saat 06:23-də İranın cənub-şərqində 5,5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Bam şəhərindən 126 kilometr cənub-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.