Modern.az

Paşinyan Putin görüşü başladı – Kremlin narazılığı hiss olunur

Paşinyan Putin görüşü başladı – Kremlin narazılığı hiss olunur

8 Sentyabr 2018, 17:17

Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya səfəri başlayıb.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, baş nazirin prezident Putinlə görüşünün əvvəli jurnalistlərin gözü qarşısında cərəyan edib.

 

Paşinyan iki ölkənin bir-birinin daxili işinə qarışmamasını önə çəkib.

“Ölkələrimiz arasında münasibətlər maraq və suverenliyin qarşılıqlı hörməti əsasında formalaşıb. Bu fonda ölkələrin bir-birinin daxili işinə qarışmamasının vacibliyini də qeyd etmək istərdim”.

 

Eyni zamanda, hökumət başçısı hərbi-texniki və iqtisadi sahədə potensialdan tam istifadə olunmamasında gileylənib.  

Danışıqlar zamanı Putinin Paşinyandan narazı qalması rusiyalı jurnalistlərin diqqətindən yayınmayıb.

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU