Modern.az

Liviyadakı toqquşmalarda 78 nəfər öldü

Liviyadakı toqquşmalarda 78 nəfər öldü

8 Sentyabr 2018, 21:17

Liviyada baş verən toqquşmalarda ölənlərin sayı artıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, paytaxtı Tripolidə bir həftədən çoxdur davam edən silahlı toqquşmalarda 78 nəfər ölüb. Qarşıdurmalarda 300-dən çox insan xəsarət alıb.

 

Yerli medianın məlumatına görə, hazırda xəstəxanalarda 210-dan çox zərərçəkən müalicə olunur. 103 nəfər ilk tibbi yardımı aldıqdan sonra tibb müəssisələrini tərk ediblər. Həmçinin bildirilir ki, daha 16 nəfər itkin düşüb.

 

Tripolidə toqquşmalar avqustun 26-da başlayıb. Qarşıdurmalarda bir tərəfdən 7-ci piyada briqadası, digər tərəfdən isə "Tripoli inqilabçıları" batalyonunun bölmələri iştirak edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU