Modern.az

Ərdoğan: “ABŞ terror təşkilatlarını neftlə bəsləyir”

Ərdoğan: “ABŞ terror təşkilatlarını neftlə bəsləyir”

9 Sentyabr 2018, 11:34

“ABŞ, hazırda Suriyada olanları tamamilə tribunadan izləyən tamaşaçı vəziyyətindədir. Heç bir sözünün arxasında durmayıb. Mənbiçlə bağlı verdiyi sözü tuttumu? 90 gün dedi, 90-ı keçdi...”.

 

Modern.az xəbər verir ki bu sözləri Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, ABŞ indi yenidən terror təşkilatlarını Mənbiçə yerləşdirməyə cəhd edir.

“Deyr-əz-Zor-da eyni şeyləri etdi. Hazırda Deyr-əz-Zorda terror təşkilatlarını, PYD-ni, YPG-ni bəsləyirlər. Nə ilə? Neftlər...Orada terror təşkilatlarının neftdən çox ciddi gəliləri var. 300 milyon dollarlıq xam neftin gəliri həmin terror təşkilatlarınındı. Hələ bunun emal olunmuşunu demirəm. Hər halda 700-800 milyon dollar olar. Bu rəqəmi Putinə də dedim, təəccübləndi. Amerika hazırda Suriyada iki terror təşkilatını bəsləyir. Onları maşa olaraq istifadə edir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!