Modern.az

Prezident düşdüyü qəzadan danışdı - VİDEO

Prezident düşdüyü qəzadan danışdı - VİDEO

Dünya

9 Sentyabr 2018, 20:34

Moldova prezidenti İqor Dodonun avtomobilinin qəzaya uğradığı anın videosu yayılıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, qəza zamanı prezidentin anası və oğlu xəsarət alıb.

Yerli mətbuatın yazdığına görə, yol qəzası zamanı Moldova prezidentinin anası ağır xəsarət alıb.

 

Moldova parlamentində Sosialistlər Partiyasından olan deputat Vlad Betrınça mətbuata açıqlamasında bildirib ki, bu yol qəzası təsadüfi deyil və ölümə cəhddir.

 

Qeyd edək ki, bazar günü Moldova prezidenti İqor Dodon yol qəzasına düşüb. Moldova polisinin baş idarəsinin mətbuat xidmətinin rəhbəri Mariana Betsivu bildirib ki, prezidentin avtomobili toqquşma nəticəsində aşıb.

 

Məlumata görə, prezidenti aparan avtomobil dövlət təhlükəsizlik xidmətinin kortejdə olan avtomobillə toqquşub.

 

Qəza nəticəsində dövlət başçısı xəstəxanaya yerləşdirilib. Moldova prezidenti mətbuata açıqlamasında vəziyyətinin normal olduğunu qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...