Modern.az

Əməkhaqları ilin sonunda artırılacaq?

Əməkhaqları ilin sonunda artırılacaq?

Qarabağ

6 Oktyabr 2011, 17:04

Vüqar Bayramov: “Artım kiçik rəqəmlər ifadə oluna bilər” 

2011-ci ilin yekunlaşmasına  2 ay vaxt qalır və hökümət hələ də əməkhaqlarının artırılmasına  getməyib. Halbuki, cari ildə Azərbaycanda orta aylıq əməkhaqqının 379 manata çatdırılması  planlaşdırılırdı. Dövlət Statistika Komitəsinin məlumatına görə, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı  353.7 manat təşkil edir. Onu da xatırladaq ki, dövlət büdcəsinin imkanları əməkhaqlarının artırılmasına imkan verir. Belə ki, büdcəyə edilən son əlavə və dəyişikliklər nəticəsində sosial layihələrin maliyyələşdirilməsinə ayrılan vəsaitlərin həcmi çoxaldılıb.Sosial müdafiə və təminat xərcləri 1,6 milyard manat nəzərdə tutulub.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun  sözlərinə görə, dövlət büdcəsinin imkanları əməkhaqlarının artırılmasına şərait yaratsa da artım baş vermir: “2006-cı ilin  yanvar ayının 1-nə qədər pensiyaya çıxan vətəndaşların pensiyalarının yenidən hesablanması əməkhaqqı artımlarını yubadıb. Belə ki, hökümət  pensiya və əməkhaqlarının artırılması məqsədilə dövriyyəyə çoxlu  vəsait daxil etməkdən ehtiyatlanır. Çünki pensiya  ilə yanaşı, əməkhaqlarının artırılması  istehlak bazarında ciddi qiymət artımlarına səbəb ola bilərdi”.

V.Bayramov ilin başa çatmasına az zaman qalmasına baxmayaraq hökümətin əməkhaqqı artımına gedəcəyini istisna etmir:
“Lakin artım kiçik rəqəmlər ifadə olunacaq. Ümumiyyətlə öncədən hökümətdə əməkhaqların hansı faizlərlə artırılacağına dair vahid fikr yox idi. Bəzi hökümət nümayəndələri ilin əvvəlində müzakirə edildiyi kimi, əməkhaqlarının 20-25 faiz artırılmasını, bəziləri, o cümlədən Maliyyə Nazirliyi bu artımların 10-15 faiz intervalında reallaşmasını istəyir. Ola bilsin ki,  tərəddüdlər də artımları yubadır”.

Mütəxəssis  artımların heç də  bütün sahələri əhatə etməyəcəyi fikrindədir: “Hökümət hər il əməkhaqqı artımlarına getməklə ciddi sosial öhdəlik götürməkdən ehtiyatlanır. Xüsusən nəzərə alsaq ki, neftin dünya bazar qiymətində dəyişikliklər, o cümlədən qlobal maliyyə böhranın yeni mərhələsinin başlayacağına dair narahatçılıqlar var. Hökümət əməhaqqı artımına gedəcəyi halda növbəti ildə bu sosial öhdəliyin yerinə yetirilməsində yarana biləcək problemdən narahatdır”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal