Modern.az

Kokainlə arağı qarışdıran kişi təyyarədə öldü

Kokainlə arağı qarışdıran kişi təyyarədə öldü

Dünya

10 Sentyabr 2018, 22:44

Mançesterdən İbiza şəhərinə uçan təyyarədə gözlənilməz hadisə baş verib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, sərnişinlərdən biri, Böyük Britaniya vətəndaşı yüksək dozada narkotik qəbul etdiyindən ölüb.

 

Hadisə şahidləri bildiriblər ki, narkotik qəbul etdikdən sonra o, araq da içib və nəticədə halı pisləşib. İki qadın kişiyə ilkin tibbi yardım göstərsə də, bunun xeyri olmayıb.

 

Sərnişinlər deyiblər ki, ölən şəxs stüardların narkotiki görəcəyindən qorxaraq üstündə olan kokaini bir dəfəyə qəbul edib.

 

İnsidentlə əlaqədar təyyarənin pilotları istiqaməti dəyişməli olublar. Nəticədə təyyarə Tuluza şəhərinin aeroportuna enməli olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...