Rusiyada müstəqillik tarixinin ən böyük hərbi təlimləri başlayıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, təlimlərdə 300 min hərbi qulluqçu və 36 minə qədər hərbi texnika cəlb olunub.
“Vostok-2018” adlanan təlimlər Uzaq Şərqdə start götürüb. Bu zaman hücum və müdafiə taktikaları gözdən keçirilir.
Uzaq Şərqdə keçirilən hərbi təlimlərə Çin ordusunun 3,5 min hərbi qulluqçusu da qatılacaq.