Modern.az

Rusiyada ordu komandanı müxalifət liderini duelə çağırdı 

Rusiyada ordu komandanı müxalifət liderini duelə çağırdı 

Dünya

11 Sentyabr 2018, 13:44

Rusiya Milli Qvardiyasının komandanı Viktor Zolotov müxalifətçi bloger Aleksey Navalnını döyüşə çağırıb.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, onun sərt mövqeyinə səbəb Korrupsiya ilə Mübarizə Fondunun rəhbəri Aleksey Navalnının Qvardiya rəhbərliyinin əsgərlər üçün alınan qida məhsullarını şişirdilmiş qiymətlərə aldığını iddia etmişdi.

 

“Barəmdə iftira dolu xəbərlər yayılıb. Zabitlər arasında belə şeylər qəbul olunmur. Əsrlərdən bəri əclafı üzündən vurub, duelə çağırırdılar. Sizi rinqə,tatamiyə, ürəyiniz istədiyi döyüş meydanına çağırıram. Sizdən dadlı, əzilmiş ət parçası edəcəm”.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama