Modern.az

Müdafiə nazirindən Baş nazirə təklif

Müdafiə nazirindən Baş nazirə təklif

Dünya

12 Sentyabr 2018, 00:44

“Əgər saziş Yunanıstan parlamentinə daşınarsa, bizə hakimiyyətdə qalmaq üçün xalqın verdiyi bir səlahiyyət yoxdur. Baş nazirə üç təklifim olacaq. Birincisi, Yunanıstan xalqının referendum yolu ilə müqaviləni təsdiqləməsi. İkinci variant, danışıqları dörd il sonra, hakimiyyətin səlahiyyətlərinin bitimindən sonra aparmaq. Üçüncüsü isə seçkiyə getmək”. Modern.az xəbər verir ki, bunu Yunanıstan Müdafiə naziri Panos Kammenos Makedoniya ilə ad dəyişikliyi ilə bağlı əldə edilən sazişdən danışarkən ölkənin Baş naziri Aleksis Çiprasa müraciətində bildirib.

 

Kammenos hökumətdə yarana biləcək münaqişəyə mane olmaq üçün əlindən gələni edəcəyini bildirib.

 

Qeyd edək ki, Yunanıstan və Makedoniya hökuməti arasında ikincinin adının dəyişdirilməsi ilə bağlı saziş imzalanıb. Bu sazişlə Makedoniyanın NATO-ya üzv olması üçün heç bir əngəl qalmayacaq.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama