Modern.az

UEFA nümayəndələri final oyununa görə Bakıya gəldilər

UEFA nümayəndələri final oyununa görə Bakıya gəldilər

12 Sentyabr 2018, 12:13

UEFA Avropa Liqası turnirinin 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq çərçivəsində UEFA nümayəndələrinin Bakıya 4-cü işgüzar səfəri başlayıb.

AFFA-dan Modern.az-a verilən məlumata görə, səfər sentyabrın 14-dək davam edəcək. Səfər proqramında UEFA-nın 40 nəfərdən ibarət işçi heyəti stadion, mobillik, fan zona, mehmanxanalar, könüllülük, təhlükəsizlik və digər məsələlərlə yerində tanış olacaq, fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, Avropa Liqasının final matçı gələn il mayın 29-da keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi