Modern.az

Deputat ad günündə xaricdədir: “Həyatımı istədiyim kimi yaşamışam”

Deputat ad günündə xaricdədir: “Həyatımı istədiyim kimi yaşamışam”

12 Sentyabr 2018, 16:44

Bu gün Milli Məclisin 63 saylı Sabirabad birinci seçki dairəsindən deputatı Elçin Quliyevin 58 yaşı yaşı tamam olur. Modern.az bu münasibətlə deputatla əlaqə saxlamağa çalışıb.

 

Elçin Quliyev deyib ki, doğum günü münasibəti ilə gecədən bütün qohumlardan, dostlardan, əziz insanlardan təbrik alır.

 

“Təbriklərin ardı arası kəsilmir. Çox sağ olsunsunlar , yada salıb təbrik edirlər. Mənim fikrimcə, doğum günündə ən yaxşı hədiyyə kiminsə yada salıb təbrik etməsidir.  Mən hədiyyə fanatı bir insan deyiləm. Əsas odur ki, kimsə yada salır, dəyərli zamanını ayırıb təbrik edir”.

 

Deputat deyib ki, həyatının geridə qalan hissəsi istədiyi kimi davam edib.

 

“Mən Allahımdan, həyatımdan, dövlətimdən, dövlətçiliyimzdən çox razıyam. Bu günə qədərə həyatımı istədiyim kimi yaşamışam. Heç bir zaman həyatımdan şikayətlənməmişəm. Yaxşı nəticələr əldə etmək üçün çox çalışmaq lazımdır”.

 

E.Quliyev bildirib ki, hazırda ölkə hüdudlarından kənardadır.

 

“Hazırda Azərbaycanda deyiləm, ona görə də doğum günümü dostarımla qeyd edə bilməyəcəm. Təntənəli doğum günü sevən biri deyiləm”.

 

Qeyd edək ki, Elçin Quliyev 2015-ci ildə Yeni Azərbaycan Partiyasından Milli Məclisin V çağırış deputatı seçilib. Milli Məclisin İqtisadi, siyasət, sənaye və sahibkarlıq komitəsi və Aqrar siyasət komitəsinin üzvüdür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!