Modern.az

Eynulla Fətullayevlə Norveç XİN-i arasında saziş bağlandı

Eynulla Fətullayevlə Norveç XİN-i arasında saziş bağlandı

Qarabağ

7 Oktyabr 2011, 12:59

“İnsan Haqları Uğrunda” İctimai Birlik Norveç Xarici İşlər Nazirliyinin dəstəyi ilə Azərbaycanda siyasi məhbusların Avropa Şurası və BMT-nin meyarları əsasında müəyyən olunaraq seçilməsi və onlar haqqında məlumat bazasının yaradılması layihəsinin gerşəkləşdirilməsinə başlayır.

Layihə iki mərhələni nəzərdə tutur. Birinci mərhələdə siyasi məhbusları müəyyən edəcək komissiya formalaşdırılacaq. Bu komissiyaya ölkənin tanınmış hüquqşünasları və beynəlxalq hüquq üzrə mütəxəssisləri daxil olacaqlar. Komissiyanın yekun rəyindən sonra beynəlxalq meyarlara cavab verən məhbusların adları açıqlanacaq, siyasi məhbuslar haqqında 5 dildə məlumat bazası oxucuların diqqətinə çatdırılacaq.

Bütün aparıcı hokumət və qeyri-hokumət təşkilatları Azərbaycanda siyasi məhbuslarla bağlı məlumatları bu bazadan əldə edəcəklər.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, layihənin həyata keçirilməsi ilə bağlı müvafiq sazişi “İnsan Haqları Uğrunda” İctimai Birliyin sədri Eynulla Fətullayev və Norveçin XİN-nin Avrasiya və Regional Əməkdaşlıq üzrə Departamentin rəhbəri Marit Halsvik Lillealtern bağlayıblar.

Modern.az

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal