Fransa Respublikasının prezidenti Nikola Sarkozi oktyabrın 7-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Fransa Respublikasının Prezidenti Nikola Sarkozini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayılar.
Milli geyimli uşaqlar Fransa prezidentinə gül dəstəsi təqdim ediblər.
Nikola Sarkozinin səfər proqramına Azərbaycanda fransız dili məktəbinin yaradılması ilə bağlı sazişin imzalanması da daxildir.
Bakıda Azərbaycan və Fransa prezidentlərinin görüşü olacaq.
Görüşdə ikitərəfli əlaqələr, regional məsələlər, eləcə də, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması müzakrə ediləcək.
Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi prezident səviyyəsində danışıqlar prosesi ilə bağlı mövqe açıqlanacaq.
Sarkozinin Azərbaycanda fəaliyyət göstərən bir sıra Fransa şirkətlərinin nümayəndələri və bir neçə nazir müşayət edəcək.
Bakıdan sonra Sarkozi Tiflisə gedəcək.
Modern.az